Paşha Bank
Bank Of Baku

Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsinə Aİ-yə kömək edəcək

Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsinə Aİ-yə kömək edəcək
# 30 oktyabr 2026 23:02 (UTC +04:00)

Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində Avropa İttifaqına dəstək verməyə razılaşıb, lakin bu məqsədlə ən çoxu 500 milyon avro ayırmağa hazırdır.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Kanadanın Baş naziri Mark Karni Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildiriblər.

Ursula fon der Lyayen Kanadanın Ukraynanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa proqramında iştirak etməyə hazır olduğunu açıqlayıb.

Kanadanın ayıracağı vəsaitin həcmi ilə bağlı suala cavab verən Mark Karni ölkəsinin dəqiq 500 milyon avro təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukraynanın 2027-ci ildə maliyyələşdirilməsi üçün 45 milyard avro ayrılacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR