“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur. Qərar koalisiyanın üç əsas tərəfdaşının ixtiyarındadır”.
APA xəbər verir ki, bunu Pakistan ordusunun mətbuat katibi general-leytenant Əhməd Şərif Çaudri deyib.
O həmçinin ABŞ və İran arasında vasitəçilik səyləri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.