Bank Of Baku

Kanada Fələstini dövlət kimi tanıyacaq

Kanada Fələstini dövlət kimi tanıyacaq
# 31 iyul 2025 07:21 (UTC +04:00)

Kanada Qəzzada sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini bir dövlət kimi tanıyacaq.

APA xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib.

"2025-ci ilin sentyabrında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırırıq. Bunu etmək niyyətindəyik. Çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb", - Karni deyib.

On minlərlə fələstinlinin İsrail tərəfindən öldürüldüyünü və minlərlə fələstinlinin qıtlıq astanasında olduğunu bildirən Karni, Kanadanın İsrail hökumətinin Qəzzada vəziyyəti gərginləşdirməsini pislədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR