Bank Of Baku

Kanadada aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Kanadada aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək
# 23 mart 2025 22:14 (UTC +04:00)

Kanadanın baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

APA xəbər verir ki, Karni bu xəbəri dövlət televiziyasında xüsusi müraciəti zamanı deyib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.

Baş nazir izah edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR