Kanada və Ukrayna ABŞ-ın “Jumpstart” mexanizmi vasitəsilə hava hücumundan müdafiə sistemləri üçün 350 milyon dollar dəyərində raket-tutucuların tədarükü ilə bağlı razılaşmanı yekunlaşdırıb.
APA xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.
“Bu gün Kanada və Ukrayna ABŞ-ın “Jumpstart” mexanizmi vasitəsilə hava hücumundan müdafiə üçün kritik əhəmiyyət daşıyan raket-tutucuların tədarükünə dair razılaşmanın razılaşdırılmasını yekunlaşdırıb”, - Karni deyib.
Onun sözlərinə görə, avadanlıq paketinin dəyəri 350 milyon dollar təşkil edəcək.