Bank Of Baku

ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib

ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
# 10 sentyabr 2026 23:15 (UTC +04:00)

ABŞ İrana qarşı sanksiyalar çərçivəsində 14 fiziki şəxs və 5 şirkəti sanksiya siyahısına daxil edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.

Sanksiyalara İraq, BƏƏ, Suriya və Livan vətəndaşları məruz qalıb. Siyahıya daxil edilən şirkətlər isə İraq, BƏƏ və Livanda qeydiyyatdan keçib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısında olan şəxslərlə maliyyə əməliyyatlarının aparılmasına icazə verən lisenziyaların verilməsi qaydasında dəyişiklik edildiyini açıqlayıb.

Yeni qaydalara əsasən, bu cür müraciətlər rədd ediləcək. Yalnız qanunun belə müraciətə baxılmasını tələb etdiyi və ya müraciət edən şəxsin həyatı və sağlamlığı üçün təsdiqlənmiş təhlükə olduğu hallarda istisna tətbiq oluna bilər.

Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulması, həmçinin ABŞ vətəndaşları və şirkətlərinə siyahıdakı şəxslərlə biznes aparmağın qadağan edilməsi deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR