Bank Of Baku

KİV: ABŞ Hörmüz boğazı ərazisində İrana məhdud zərbələr endirə bilər

KİV: ABŞ Hörmüz boğazı ərazisində İrana məhdud zərbələr endirə bilər
# 01 sentyabr 2026 00:45 (UTC +04:00)

ABŞ Hörmüz boğazı ərazisində İrana məhdudmiqyaslı zərbələr endirə bilər.

Bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir neçə yüksək vəzifəli nümayəndəsi İranın radarlarını və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazı ərazisində məhdud zərbələr endirmək imkanını nəzərdən keçirirlər.

“Axios”un məlumatına görə, ABŞ bununla İranın Hörmüz boğazında neft tankerlərinə, eləcə də regiondakı ABŞ hərbi gəmiləri və təyyarələrinə mümkün hücumları riskini azaltmağa çalışır.

Portal onu da qeyd edir ki, müvafiq planlar ABŞ hərbçiləri tərəfindən hazırlanıb və ötən həftə Pentaqon rəhbəri Pit Heqset tərəfindən dəstəklənib. Lakin hazırda Tramp onların həyata keçirilməsi barədə göstəriş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR