ABŞ ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.
Bildirilib ki, ABŞ hərbi təyyarələri İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini, həmçinin sahil radar mövqelərini vurub.
Bu addımın İranın iyunun 25-də “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronu ilə hücum etməsinə cavab olaraq atıldığı bildirilir.
Bəyanatda bildirilir ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsassız hücumu atəşkəs rejimini açıq şəkildə pozub.
Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasını təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir.