Bank Of Baku

KİV: Kiyevin gələn həftə faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur

KİV: Kiyevin gələn həftə faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur
# 28 mart 2025 00:54 (UTC +04:00)

Ukraynanın gələn həftə ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalayacağı şübhə doğurur.

APA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Ukrayna hökumətinin hüquq məsləhətçiləri Vaşinqton tərəfindən hazırlanmış və martın 23-də Kiyevə tərəfinə təhvil verilmiş sənəd layihəsini öyrənirlər.

Eyni zamanda, Kiyev Amerikanın təklifini “quldurluq” adlandırır.

Ukrayna rəsmiləri hesab edirlər ki, saziş ölkənin suverenliyinə xələl gətirə və ABŞ-dan asılılığını artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR