Bank Of Baku

KİV: Tramp Kamala Harrisin mühafizə imtiyazını ləğv edib

ABŞ-ın keçmiş vitse-prezidenti Kamal Harris

© APA | ABŞ-ın keçmiş vitse-prezidenti Kamal Harris

# 29 avqust 2025 16:14 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamal Harrisin xüsusi xidmət orqanları tərəfindən mühafizəsini ləğv edib.

APA xəbər verir ki, bu barədə CNN Trampın imzaladığı sənədin kopyası əsasında məlumat yayıb.

Qeyd edək ki, sabiq ABŞ prezidentləri ömürlük olaraq xüsusi xidmət orqanları tərəfindən mühafizə olunur.

Kamal Harris isə vəzifəsini tərk etdikdən sonra 6 ay müddətinə bu imtiyazdan faydalanıb.

Lakin sonradan onun imtiyazı bir il müddətinə uzadılıb.

Trampın imzaladığı sənəddə isə Harrisin mühafizəsinin ləğvi ilə bağlı göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR