Bank Of Baku

KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək

KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək
# 20 dekabr 2024 21:48 (UTC +04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5%-nə çatdırmağı tələb edəcək.

APA xəbər verir ki, “Financial Times” onun bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırdığını yazıb.

Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.

Mənbələr onu da bildiriblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR