Bank Of Baku

KİV: Tramp Səudiyyə Ərəbistanında Mahmud Abbas və Əhməd Şaraa ilə görüşəcək

Donald Tramp, ABŞ Prezidenti

© APA | Donald Tramp, ABŞ Prezidenti

# 11 may 2025 13:06 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.

APA-nın xəbərinə görə, “The Jerusalem Post” Fələstin mənbələrinə istinadən Trampın Məhəmməd bin Salmanla görüşündə Fələstin Prezidenti Mahmud Abbas və Suriya Prezidenti Əhməd al-Şaraanın da iştirak edəcəyini yazıb.

Qeyd edək ki, Donald Trampın Yaxın Şərqə səfərində məqsəd Körfəz ölkələrindən ABŞ-a investisiya cəlb etmək, Qəzza sektorunda atəşkəsə nail olmaq və İranın nüvə ambisiyasına qarşı çıxmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR