Bank Of Baku

KİV: Tramp xarici yardımları əlavə 5 milyard dollar azaldacaq

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 29 avqust 2025 11:25 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici yardımları əlavə 5 milyard dollar azaltmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, büdcəyə qaytarılacaq 5 milyard dolların 3,2 milyard dolları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün nəzərdə tutulub, qalan hissəsi isə Dövlət Departamentinin digər fondlarına ayrılıb.

Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın xarici siyasətinin həyata keçirilməsi və digər ölkələrə təsir vasitəsi kimi istifadə olunan USAID-in fəaliyyətini məhdudlaşdırıb.

USAID-in müvəqqəti rəhbəri təyin olunan ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hökumət yoxlamalardan sonra bu qurumun proqramlarının 83 faizini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR