Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Son məlumatlara görə, daha 3 minə yaxın insan itkin düşmüş hesab olunur.
Hazırda zəlzələdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.