Meksika millisinin baş məşqçisi jurnalistə əl qaldırdığına görə işdən qovulub

Meksika millisinin baş məşqçisi jurnalistə əl qaldırdığına görə işdən qovulub
# 28 iyul 2015 23:02 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristian Martinoliyə əl qaldırması olub.

Meksika Futbol Federasiyasının baş katibi Desio de Mariya açıqlamasında buna belə şərh verib:

“Karyerası ərzində yığma komanda ilə uğurlar əldə etməsinə baxmayaraq baş məşqçi ilə yolları ayırdıq. Onun jurnalistə əl qaldırması yol verilməz idi. M. Errera başa düşməli idi ki, jurnalist istənilən halda haqlıdır. Əgər idman yazarı komandanı tənqid edirsə, deməli nəsə problem var. Baxmayaraq ki, Meksika yığması ABŞ-da kubok qazanıb. Jurnalistə əl qaldıran və onu hədələyən mütəxəssisin yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı. Miqel Errera bağışlanmaz səhvə yol verib və buna görə də vəzifəsindən azad olunub”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR