Paşha Bank
Bank Of Baku

Kuşner: ABŞ müharibəyə son qoyacaq istənilən variantı dəstəkləyəcək

Cared Kuşner

© APA | Cared Kuşner

# 26 noyabr 2026 00:32 (UTC +04:00)

ABŞ Ukraynada hərbi əməliyyatların başa çatmasına gətirib çıxaracaq istənilən nizamlanma variantını dəstəkləyəcək.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.

Döpfner Vaşinqton üçün münaqişənin dondurulması və sonradan sülhün əldə olunmasının, yoxsa Ukraynanın NATO-ya tamhüquqlu üzvlük müqabilində Donbasdan imtina etməsinin daha məqbul olduğunu soruşub.

“Biz müharibəyə son qoyacaq istənilən variantı dəstəkləyirik. Vasitəçi qismində çıxış edirik. Qarşımızda müharibənin necə başa çatdırılmasına fərqli yanaşan iki tərəf var”, – Kuşner vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR