Paşha Bank
Bank Of Baku

Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib

Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib
# 25 noyabr 2026 16:25 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketinə əlavə olaraq Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı məlumatda bildirilib.

Qərara əsasən, həmin təşkilatlar ikili təyinatlı mallar və qabaqcıl texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinin tətbiq olunduğu siyahıya daxil edilib. Aİ-nin qiymətləndirməsinə görə, bu qurumlar Rusiyanın müdafiə və təhlükəsizlik sektorunu dəstəkləyir və ya onunla əlaqəlidir.

Məhdudiyyətlər həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən məhsullara, o cümlədən dron komponentləri və termoqrafik kameralara aid texnologiyaları əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR