Almaniyanın Kehl şəhərində erməniəsilli ailənin beş üzvü yaşadıqları mənzildə ölü tapılıb.
Bu barədə məlumat yayan “NEWS.am” hadisə zamanı daha iki uşağın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilini xəbər verib.
Məlumata görə, ölənlər 46 yaşlı ata, 74 yaşlı nənə, eləcə də 10, 13 və 14 yaşlı üç uşaqdır. Xəsarət alan uşaqlar 12 yaşlı oğlan və 11 yaşlı qızdır. Onların vəziyyəti hələ də kritik qiymətləndirilir.
Hadisə zamanı evdə olmayan ailənin anasına da tibbi yardım göstərilib.
Hadisəyə dəm qazının səbəb olduğu bildirilir.
Qeyd edək ki, ailənin üzvlərinin Almaniya və Almaniya-Ermənistan vətəndaşlığı olub.