Bank Of Baku

Kuşner: ABŞ Rusiya ilə Avropa arasında birbaşa danışıqlara şərait yaratmağa çalışır

Cared Kuşner

© APA | Cared Kuşner

# 15 noyabr 2026 01:54 (UTC +04:00)

ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli məqsədilə Rusiya ilə Avropa ölkələri arasında birbaşa təmasların qurulmasına çalışır.

APA xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Hazırda Moskva ilə avropalı tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasına kömək etməyə çalışırıq və növbəti üçtərəfli danışıqların gündəliyini hazırlayırıq”, – Kuşner bildirib.

Onun sözlərinə görə, Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə son müzakirələr zamanı münaqişənin həllinə dair bir neçə yeni ideya irəli sürülüb.

“Bu ideyalardan bəziləri birbaşa irəliləyişə səbəb ola bilər. Digərləri isə mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edəcək yeni təkliflərə çevrilə bilər”, – o qeyd edib.

Kuşner vurğulayıb ki, ABŞ Avropa müttəfiqlərinin danışıqlarda birbaşa iştirakını vacib hesab edir. Məqsəd NATO çərçivəsində hərbi təmasları, münaqişələrin qarşısının alınmasını və qarşılıqlı gərginliyin azaldılmasını təmin edən mexanizmləri gücləndirməkdir.

Onun sözlərinə görə, Donald Tramp yalnız Ukrayna və Avropanın təhlükəsizliyini möhkəmləndirən, yeni münaqişə risklərini azaldan razılaşmaları dəstəkləyəcək.

Kuşner əlavə edib ki, müharibənin dayandırılması üçün tərəflərin praktiki kompromislərə getməsi zəruri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR