ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni ideyaların Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli formatda müzakirə olunacağına ümid etdiyini bildirib.
APA xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” konfransına videobağlantı vasitəsilə qoşularkən deyib.
O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə Moskva və Kiyevə səfərlərinin nəticələrini şərh edərkən bildirib ki, aparılan müzakirələr bir sıra yeni ideyaların ortaya çıxmasına səbəb olub.
“Düşünürəm ki, bunun nəticəsində bəzi yeni ideyalar ortaya çıxıb. Ümid edirəm ki, yaxın zamanda onları üçtərəfli formatda müzakirə edə biləcəyik”, – Kuşner qeyd edib.
O əlavə edib ki, hazırda belə bir görüşün təşkil edilməsi istiqamətində iş aparılır.