Bank Of Baku

Reuters: Husilərə qarşı mümkün əməliyyat ABŞ-nin silah ehtiyatlarını daha da azalda bilər

Reuters: Husilərə qarşı mümkün əməliyyat ABŞ-nin silah ehtiyatlarını daha da azalda bilər
# 13 sentyabr 2026 00:44 (UTC +04:00)

ABŞ-nin Yəməndəki “Ənsar Allah” hərəkatına (husilər) qarşı mümkün hərbi əməliyyatı Vaşinqtondan böyük həcmdə hərbi qüvvə və resursların cəlb olunmasını tələb edə, eyni zamanda ABŞ-nin silah ehtiyatlarını daha da azalda bilər.

Bu barədə Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, husilərə qarşı əməliyyat əhəmiyyətli hərbi-dəniz və hərbi-hava qüvvələrinin cəlb edilməsini, həmçinin ABŞ-nin kəşfiyyat imkanlarının bu istiqamətə yönəldilməsini tələb edə bilər.

ABŞ rəsmiləri bunu husilərin mövqelərinin ötən ildən bəri dəyişməsi və onların yeni yerləşmə yerlərinin müəyyənləşdirilməsinin zəruriliyi ilə izah ediblər.

Reuters qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və aviasiyası husilərin PUA və raketlərini vurmağa başlayarsa, bu, ölkənin silah və raket-ələkeçirici ehtiyatlarının daha sürətlə tükənməsinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR