İtaliyada torpaq sürüşməsi səbəbindən avtomobil keçidinin bir hissəsi çöküb

İtaliyada torpaq sürüşməsi səbəbindən avtomobil keçidinin bir hissəsi çöküb
# 25 noyabr 2019 00:45 (UTC +04:00)

İtaliyanın Liquria bölgəsində yolötürücü avtomobil yolunun bir hissəsi çöküb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Turin və Savona şəhərlərini birləşdirən magistral yolda baş verib.

Bildirilir ki, yolun 30 metrlik hissəsi uçub. Hadisə yerinə gələn Liquria prezidenti Giovanni Totinin sözlərinə görə, hadisəyə torpaq sürüşməsi səbəb olub.

Hadisədən sonra magistral yolda nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb. İlkin məlumatlara görə, sürüşmə zamanı körpüdə avtomaşın olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR