Bank Of Baku

Maduro Venesuelada fövqəladə iqtisadi vəziyyət elan edir

Venesuela Prezidenti Nikolas Maduro

© APA | Venesuela Prezidenti Nikolas Maduro

# 09 aprel 2025 07:38 (UTC +04:00)

Venesuela Prezidenti Nikolas Maduro çərşənbə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyətin tətbiq olunması barədə konstitusiyaya əsaslanan fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə o, "Venezolana de Televisión" telekanalının canlı efirində açıqlama verib.

“Beynəlxalq vəziyyət və bütün dünyaya, Venesuelaya, eləcə də qitəmizə qarşı aparılan ticarət və iqtisadi müharibənin nəticələri ilə əlaqədar olaraq, konstitusion hüququma əsaslanaraq fövqəladə iqtisadi vəziyyət elan edirəm”, – deyə Maduro bildirib.

Onun sözlərinə görə, fövqəladə iqtisadi vəziyyət Venesuelanın bütün ərazisində tətbiq olunacaq və 60 gün qüvvədə olacaq. Bu müddət daha 60 gün uzadıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR