Bank Of Baku

Mask Epşteynin adasını ziyarət etmək dəvətindən imtina etdiyini deyib

Mask Epşteynin adasını ziyarət etmək dəvətindən imtina etdiyini deyib
# 28 sentyabr 2025 04:17 (UTC +04:00)

İlon Mask əvvəllər uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin adasına səfər etmək dəvətindən imtina etdiyini deyib.

APA xəbər verir ki, bu barədə o öz “Facebook” hesabında məlumat verib.

"Bu yalan hekayəni təbliğ edən hər kəs nifrətə layiqdir. Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı. Amma mən bundan imtina etdim", - Mask yazıb.

Qeyd edək ki, Mask əvvəllər dəfələrlə ABŞ hökumətini işlə bağlı bütün materialları açıqlamağa çağırıb.

Xatırladaq ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın gətirildiyinə dair sübutların olduğunu bildiriblər.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən, o cümlədən sabiq dövlət başçıları, tanınmış biznes liderləri və şou-biznes məşhurları, çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar var idi.

ABŞ-da maliyyəçinin cinayət 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etməsi ilə dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR