Meksikada 5,9 maqnitudada yeraltı təkanlar qeydə alınıb

Meksikada 5,9 maqnitudada yeraltı təkanlar qeydə alınıb
# 14 may 2025 05:45 (UTC +04:00)

Meksikanın qərb sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri La-Krus-de-Loreto şəhərindən 295 km şimal-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR