Bank Of Baku

Müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Tramp ABŞ-ın NATO-dan çıxmasına icazə verib

Donald Tramp

© APA | Donald Tramp

# 08 dekabr 2024 19:19 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.

APA xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində bildirib.

Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala belə cavab verib: “Əgər onlar hesablarını ödəsələr, təbii ki, üzvlülük saxlanılacaq”.

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Qeyd edək ki, Tramp 2025-ci il yanvarın 20-də prezident kimi fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR