Bakıda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib
# 21 dekabr 2019 01:41 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə "Gənclər şəhərciyi" yaşayış massivinin yaxınlığında qeydə alınıb.

Minik avtomobili 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Adil qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR