AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri aprelin 11-də prezident seçkilərini müşahidə edəcəklər

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri aprelin 11-də prezident seçkilərini müşahidə edəcəklər
# 22 mart 2018 08:10 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR