Bank Of Baku

Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 11 aprel 2025 01:27 (UTC +04:00)

Nyu-Yorkda helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA xəbər verir ki, şəhər polisi təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb.

Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin baş vermə səbəbi araşdırılır.

***
0027

Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

APA xəbər verir ki, bu barədə şəhər polisi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nəticədə bir nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub.

Əlavə məlumat hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR