Karel Yarolim: “Azərbaycan yığması da bizimlə eyni vəziyyətdədi”

Karel Yarolim: “Azərbaycan yığması da bizimlə eyni vəziyyətdədi”
# 03 oktyabr 2017 07:52 (UTC +04:00)

“Heyətdə yer alan futbolçuların hazırkı durumu məni qane edir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

Çexiyalılar DÇ-2018-in seçmə mərhələsində sonuncu oyunlarını Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəklər.

Ölkəsinin mətbuatına açıqlama verən Yarolim komandasının hazırkı durumu haqda danışıb: “Millinin heyətinə sonradan cəlb olunan Yan Şikora və Vaçlav Kadletsin vəziyyəti də ürəyimcədi. Şikora yenidən əvvəlki oyununu sərgiləməyə başlayıb və ansamblın bir üzvü olacaq. Azərbaycanla matçdan öncə komandanın motivasiyası yüksəkdi. Futbolçuları qarşı görüşlərə yaxşı kökləmişik”.

Millimizlə qarşılaşmaya toxunan Yarolim komandamızla durumlarının eyni olduğunu bildirib. Bununla belə, o, Bakıdakı görüşə yaxşı nəticə qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “Azərbaycan yığması da bizimlə eyni vəziyyətdədi. Onların da dünya çempionatının final mərhələsinə çıxmaq şansları qalmayıb. Buna baxmayaraq, biz ləyaqətlə və hisslərimizlə oynayıb, sona qədər mübarizə aparmalıyıq. Çünki qeydə alınacaq nəticə turnir cədvəlindəki mövqeyimiz və reytinq əmsalı baxımından böyük önəm kəsb edir. Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında komandaların hansı səbətdə yer alması məhz reytinq əmsalından asılıdı”.

Qeyd edək ki, Azərbaycan – Çexiya matçı oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR