Paşha Bank
Bank Of Baku

Direktor: "Bağçaların təhvil-təslim prosesi davam edir"

Direktor: "Bağçaların təhvil-təslim prosesi davam edir"
# 27 yanvar 2022 10:58 (UTC +04:00)

"Bağçalar hazırda təhvil-təslim prosesindədir. Planlar ondan ibarətdir ki, bağçalarda da yaş qruplarına uyğun müəyyən tədris məsələlərinə yenidən baxılsın".

Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, bağça tərbiyəçilərinin kütləvi şəkildə təlimlərinin təşkil olunması, onların peşəkar inkişafının artırılması, ümumiyyətlə onların qiymətləndirilməsi ilə bağlı məsələlər gündəmdə ola bilər: "Bununla bağlı böyük işlər görülməlidir. Kurrikulum, dərslik, müəllim məsələlərinə çox güman yenidən baxılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR