Ölkənin ayrı-ayrı bölgələrində narkotik becərməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ölkənin ayrı-ayrı bölgələrində narkotik becərməkdə şübhəli bilinən şəxslər saxlanılıb
# 15 iyul 2017 11:27 (UTC +04:00)

Azərbaycanda narkotik vasitə becərməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Binələr kəndində yaşayan Tahir Səfərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saatlı RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ramin Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu və 15,60 qram marixuana, Xaçmaz RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Qadıyevə məxsus evə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu, Astara RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini Sevinc Məmmədovanın yaşadığı evə baxış zamanı 117 qram heroin, 137 qram tiryək və 1 ədəd süngü-bıçaq, Yevlax RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gülövşə kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkarlanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR