AMB-nin bank və BOKT-lara xalis tələbi 29 aylıq maksimuma çatıb

AMB-nin bank və BOKT-lara xalis tələbi 29 aylıq maksimuma çatıb
# 30 yanvar 2020 16:13 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) bank və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbi cari il yanvarın 1-nə 7 063,5 mln. manat təşkil edib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu, aylıq müqayisədə 228 mln. manat və ya 3,3% çoxdur. İllik müqayisədə isə tələblərin həcmində 818 mln. manat və ya 13% artım qeydə alınıb.

Hesabata əsasən, AMB-nin bank və BOKT-lara tələbində 29 aylıq maksimum müşahidə olunub. Belə ki, 2017-ci il avqustun 1-nə bu göstərici 7 117,4 mln. manat olub, sonrakı ay 7 012,5 mln. manata düşən tələb növbəti ayda 7 036,8 mln. manat səviyyəsinə qalxsa da, həmin müddətdən indiyədək bir daha 7,0 mln. manat səviyyəsini keçməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR