Vasif Talıbov Naxçıvan MR-nın 2020-ci il dövlət büdcəsini təsdiqləyib

Vasif Talıbov Naxçıvan MR-nın 2020-ci il dövlət büdcəsini təsdiqləyib
# 21 dekabr 2019 18:16 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmanda bildirilir ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.

Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat, xərcləri 482 milyon 90 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 368 milyon 890 min manat məbləğində təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR