“Azərlotereya” ötən il dövlət büdcəsinə 1 mln. manat ödəyib

“Azərlotereya” ötən il dövlət büdcəsinə 1 mln. manat ödəyib
# 10 aprel 2018 12:56 (UTC +04:00)

2017-ci il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereyalar üzrə 24 039 984 ədəd lotereya bileti satılaraq 26 mln. 172,2 min manat vəsait əldə olunub və sair əməliyyatlardan 723,7 (iddia müddəti ötmüş borcların silinməsindən və elan edilmiş tenderdə iştirak haqqına görə 236,7, maliyyə gəlirləri 487) min manat, ümumi yekunda 26 mln. 895,9 min manat gəlir əldə edilib.

"APA-Economics" “Azərlotereya” ASC-yə istinadən xəbər verir ki, bu dövrdə 1 mln. 392,6 min manat ƏDV hesablanıb. Əldə olunan vəsaitin 17 mln. 43 min manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65,1%-ni təşkil edir. Bundan əlavə, əsas xərclər 6 mln. 935 min manat, gəlirlə xərc arasında yaranan balans mənfəəti 1 mln. 525,3 min manat təşkil edib. 2017-ci ildə uduşlu biletlərin sayı 4 940 360 ədəd təşkil edib.

2017-ci il ərzində “Azərlotereya” ASC tərəfindən büdcə və büdcədən kənar fondlar üzrə ödənilmiş məbləğ 3 mln. 271,1 min manat təşkil edib, o cümlədən ƏDV 1 mln. 557,9 min manat, mənfəət vergisi 785,3 min manat, işçilərdən tutulmuş gəlir vergisi 41,5 min manat və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 95,6 min manat.

Bundan başqa, divident şəklində dövlət büdcəsinə 1 mln. manat ödənilib.

“Azərlotereya” ötən ili 1 mln. 220 min 247 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR