Pentaqon: ABŞ-nin Avropadakı qoşunlarının təhlükəsizliyi üçün tədbirlər görülür

Pentaqon: ABŞ-nin Avropadakı qoşunlarının təhlükəsizliyi üçün tədbirlər görülür
# 01 iyul 2024 01:46 (UTC +04:00)

ABŞ hakimiyyəti Avropadakı Amerika qoşunlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.

APA xəbər verir ki, bu məlumatı Pentaqonun mətbuat xidməti təsdiqləyib.

Qurum konkret tədbirləri təsvir etməkdən imtina edib.

“Biz tez-tez hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görürük”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-nin Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə iki ABŞ rəsmisi “CNN“-ə danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR