24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək

24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək
# 02 iyul 2024 16:09 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə start verilməzdən də bir az öncə respublika üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsinə başlayıb.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bəzi dairələrin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb: “Bir sıra məntəqələrlə bağlı müəyyən tədbirlərin görülməsinə ehtiyac yaranıb. 1 saylı Şərur-Sədərək, 32 saylı Suraxanı 2-ci, 67 saylı Sabirabad, 71 saylı Cəlilabad şəhər və digər seçki dairələri üzrə bu kimi tədbirlər görülməsinə ehtiyac yaranıb. Ümumilikdə 24 dairədə 50-yə yaxın məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir. Bu, seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə edən dairələrdə məntəqələrlə bağlı iş aparılmasına ehtiyac yaranacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR