Bazar ertəsi günü ABŞ-ın Cibutidəki Şabelle hava limanı yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Afrika Komandanlığının açıqlamasında bildirilib.
"Afrika Komandanlığı Cibutidəki Şabelle hava limanı yaxınlığında hərbi təyyarənin qəzaya uğradığını təsdiqləyir", - açıqlamada deyilir.
Həmçinin qeyd olunub ki, hadisə ilə bağlı istintaq davam edir, lakin bu mərhələdə itki və ya əmlaka dəyən ziyan barədə məlumat yoxdur.
Komandanlıq onu da əlavə edib ki, ilkin əlamətlər qəzanın səbəbi kimi xarici müdaxilənin olduğunu göstərmir.