Bank Of Baku

Pentaqon hərbi peyklərin istehsalında ciddi problemlərlə üzləşib

Pentaqon hərbi peyklərin istehsalında ciddi problemlərlə üzləşib
# 17 noyabr 2026 23:42 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi hərbi peyk şəbəkəsinin yaradılması üçün zəruri komponentlərin alınmasında çətinliklərlə üzləşib.

APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin nəzarət-audit orqanı olan Baş Hesabat İdarəsinin (GAO) sənədlərində məlumat verilib.

Qeyd olunur ki, ABŞ hərbi sənayesi uzun müddət iri peyklərin hazırlanmasına üstünlük verib. Lakin belə peyklərin potensial rəqiblər üçün asan hədəfə çevrilməsi riski Pentaqonu strategiyasını dəyişməyə məcbur edib.

Bu səbəbdən ABŞ Müdafiə Nazirliyi sıradan çıxarılması daha çətin olan yüzlərlə kiçik peykdən ibarət şəbəkə yaratmaq qərarına gəlib.

Bununla belə, həm hərbi, həm də kommersiya sektorunda peyklərə tələbatın artması təchizat zəncirinə əlavə yük yaradıb.

GAO-nun hesabatına əsasən, xüsusilə peyklər üçün həyati əhəmiyyət daşıyan bəzi komponentlərin istehsal imkanlarının məhdudluğu Pentaqonun planlarının həyata keçirilməsini çətinləşdirir.

Sənədlərdə bildirilir ki, Müdafiə Nazirliyi təchizat risklərinin azaldılması istiqamətində müəyyən tədbirlər görsə də, bu fəaliyyətləri milli təhlükəsizliklə bağlı bütün kosmik proqramlar arasında tam əlaqələndirə bilməyib.

Bundan əlavə, təchizat zəncirindəki problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılmasına dair sənədlərdə məsul şəxslər, onların vəzifələri və səlahiyyət bölgüsü dəqiq göstərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR