Bank Of Baku

Pentaqon rəhbəri: ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir

ABŞ müdafiə naziri Pit Heqset

© APA | ABŞ müdafiə naziri Pit Heqset

# 12 fevral 2025 18:07 (UTC +04:00)

ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir.

APA xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.

“Biz suveren və firavan Ukrayna istəyirik. Lakin Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməyə başlamalıyıq. Bu illüziyalı məqsədin arxasınca getmək yalnız müharibəni uzadacaq”, - o vurğulayıb.

Pentaqon rəhbəri qeyd edib ki, Donald Tramp administrasiyası ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək: “Hər hansı bir təhlükəsizlik zəmanətinin bir hissəsi olaraq, Ukraynaya ABŞ qoşunları yerləşdirilməyəcək”.

Onun sözlərinə görə, ABŞ həmçinin Ukraynanın NATO-ya daxil olmasını real nəticə hesab etmir: “ABŞ Ukraynanın NATO-ya üzv olmasını Rusiya ilə münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR