Bank Of Baku

Pentaqon Venesuela yaxınlığında narkotik daşıyan kateri vurduğunu açıqlayıb

Pentaqon Venesuela yaxınlığında narkotik daşıyan kateri vurduğunu açıqlayıb
# 03 oktyabr 2025 22:59 (UTC +04:00)

ABŞ ordusu Venesuela sahillərində beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan kateri vurub.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

“Oktyabrın 3-də səhər prezident ABŞ Donald Trampın göstərişi ilə terror təşkilatları ilə əlaqəsi olan narkotik ticarəti katerinə ölümcül zərbə endirmək əmri verdim. Zərbə kater Venesuela sahillərində beynəlxalq sularda xalqımızı zəhərləmək üçün Amerikaya gedən xeyli miqdarda narkotik daşıyarkən baş verib”, - o, öz “X” hesabında yazıb.

Əməliyyat zamanı katerdə olan 4 nəfərin həlak olduğunu qeyd edən Heqset, ABŞ kəşfiyyatının onların narkotik kartelinin üzvləri olduğunu bildirdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR