Bank Of Baku

Pit Heqset: ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır

ABŞ-ın müharibə naziri Pit Heqset

© APA | ABŞ-ın müharibə naziri Pit Heqset

# 30 sentyabr 2025 17:34 (UTC +04:00)

ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə bildirib.

“Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” - nazir görüş iştirakçılarını salamlayaraq deyib.

Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

O, həmçinin vəd edib ki, əgər düşmənlər ABŞ-a meydan oxumağa qərar versələr, onlara “sarsıdıcı zərbə” endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR