Sumqayıtda iki avtomobil toqquşub, 27 yaşlı oğlan ölüb

Sumqayıtda iki avtomobil toqquşub, 27 yaşlı oğlan ölüb
# 12 mart 2018 06:03 (UTC +04:00)

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR