Bakı-Sumqayıt yolunda 10-a yaxın avtomobil toqquşub

Bakı-Sumqayıt yolunda 10-a yaxın avtomobil toqquşub
# 28 yanvar 2017 07:01 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yolda 10-a yaxın avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis əməkdaşları ərazidə araşdırma aparırlar.

Hadisə nəticəsində yolda tıxac yaransa da, hazırda hərəkət təmin edilib.

Qəzaya qarın yağması və yolun hərəkət istiqamətinin sürüşkən olması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR