Bank Of Baku

PUA-lar Nyu-Yorkun hava limanının uçuş-enmə zolaqlarını bağlayıb

PUA-lar Nyu-Yorkun hava limanının uçuş-enmə zolaqlarını bağlayıb
# 15 dekabr 2024 07:19 (UTC +04:00)

Naməlum pilotsuz uçuş aparatları (PUA) Nyu-York ştatının Stüart Beynəlxalq Hava Limanında əməliyyatları dayandırıb.

APA xəbər verir ki, qubernator Keti Hokul bu barədə dekabrın 14-də X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, insidentlə əlaqədar hava limanının uçuş-enmə zolaqları bir saat bağlı qalıb.

Hokul həmçinin hökuməti hadisənin araşdırılması üçün ştata yardım göstərməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR