Bank Of Baku

Qətərdə artıq Qəzza probleminin həllinin detalları müzakirə edilir

Qətərdə artıq Qəzza probleminin həllinin detalları müzakirə edilir
# 14 yanvar 2025 06:29 (UTC +04:00)

Qəzza zolağında atəşkəsə dair Qətərdə davam edən danışıqların iştirakçıları artıq sazişin detallarını müzakirə etməyə keçiblər.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində deyib.

"Hazırda danışıqlar aparan tərəflər razılaşmanın nüanslarını müzakirə etmək səviyyəsindədir. Başqa sözlə desək, onlar artıq İsraildə fələstinli məhbusların və azad ediləcək girovların sayını, mübadilə qrafikini və mübadilə üçün vaxt məsələsini, eləcə də İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağı bölgələrindən çıxarılmasının dəqiq təfərrüatlarını müzakirə edirlər”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR