Bank Of Baku

Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb

Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb
# 12 mart 2026 19:10 (UTC +04:00)

USS Gerald R. Ford” gəmisində yanğın olub.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, döyüşlə əlaqəli olmayan yanğın nəticəsində iki ABŞ dənizçisi xəsarət alıb, onlara tibbi yardım göstərilir.

Yanğın ABŞ-ın Qırmızı dənizdə yerləşən və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən USS Gerald R. Fordaviadaşıyıcısının camaşırxanasında baş verib.

Qeyd edilib ki, təyyarədaşıyan gəmi tam işlək vəziyyətdədir, mühərrik qurğusu zədələnməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR