Bank Of Baku

Qvatemalada 5,6 bal gücündə zəlzələ baş verib

Qvatemalada 5,6 bal gücündə zəlzələ baş verib
# 09 iyul 2025 07:19 (UTC +04:00)

Qvatemalanın cənub-şərqində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 618 min nəfərdən çox əhalisi olan Qvatemala departamentinin Villa Nueva şəhərindən 4,7 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Respublika Seysmoloji Xidmətindən verilən məlumata görə, son bir saat ərzində ölkə ərazisində silsilə zəlzələlər qeydə alınıb. Bundan əvvəl respublikanın cənub-qərbində, Qvatemala şəhərindən 40 km aralıda yerləşən Eskuintla departamentində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR