Xaçmazda ev yanıb

Xaçmazda ev yanıb
# 30 iyul 2017 17:10 (UTC +04:00)

Bu gün Xaçmaz rayonu, Ağtala kəndi ərazisində yaşayış evi yanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1942-ci il təvəllüdlü Qasımov Qəhrəman Zaman oğluna məxsus 6 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan yaşayış evi tamamilə yanıb.

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Xudat Dövlət Yanğından Mühafizə Bölməsinin 1 maşını cəlb olunub, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR