İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb
# 04 avqust 2015 12:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altından 1 ədəd bükümdə xalis çəkisi 1,016 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qoşa Təpə” gömrük postunun piyada keçid xəttində quraşdırılan təhlükəsizlik kameralarının köməyilə həmin narkotik vasitəni sözügedən yerdə masanın altına atan şəxsin İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mirelnur Mürsəlovun olduğu müəyyən edilib.

Bundan sonra M.Mürsəlovun saxlanılması məqsədilə müvafiq əməliyyat tədbirləri həyata keçirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında saxlanılıb.

İlkin araşdırma zamanı M.Mürsəlov etiraf edərək İrandan Azərbaycana piyada gələrkən sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altına 1 ədəd bükümdə olan tiryəki atdığını və həmin tiryəki İrandan əldə edərək gətirdiyini bildirib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR